Azərbaycanda ağır qəza - Ölən və yaralılar var
11
noy
2024
12:12
Qəbələdə "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub.
"Report" xəbər verir ki, hadisə noyabrın 11-i saat 09 radələrində Qəbələ rayonunun Nohurqışlar kəndi ərazisində qeydə alınıb.
Nəticədə "VAZ"-ın sürücüsü, 1964-cü il təvəllüdlü Ağamalı Xanalıyev aldığı xəsarətlərdən ölüb, "Mercedes"-in sürücüsü, 30 yaşlı Elgün Məmmədzadə və iki sərnişini xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Zaqatalada maşınlar toqquşdu - Yaralılar var
Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Aş...