Azərbaycanda ağır qəza - bir ailənin üç üzvü xəsarət aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon ərazisində keçən hissəsində avtomobil qəzası olub.
"Report"un məlumatına görə, "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri - Biləsuvar rayon sakini, 1963-cü il təvəllüdlü Təranə Tofiq qızı İmanova, Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Səxavət Əliş oğlu İmanov və oğlu, 1983-cü il təvəllüdlü Elməddin Səxavət oğlu İmanov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Avtomobildə olan digər 2 nəfər isə xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Arvadını və onun bibisini öldürən şəxs ömürlük həbs edildi - VİDEO
2019-cu il oktyabrın 16-da paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsindəki 22 ünvanındakı evdə qətl hadisəsi baş verib. Dərhal əraziyə pro...