Goranboyda 11 yaşlı yeniyetməni öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB

Goranboyda 11 yaşlı yeniyetməni öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB
Hadisə 826

Goranboy rayonunda 11 yaşlı Fərid Təhməzovu öldürməkdə şübhəli bilinən Anar Məmmədov adlı şəxs saxlanılıb.

BAKU.WS-in yerli bürosunun əldə etdiyi məlumata görə, saxlanılan Anar Məmmədov 11 yaşlı yeniyetməni döyərək öldürüb daha sonra isə Goran ərazisindəki qamışlığa atıb.

Mərhum həmçinin ruhi xəstə olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Fərid Təhəməzovun ailəsi Ağdaş rayonundandır və Goranboy rayonunda, Məmməd Məhərrəmov küçəsində kirayədə yaşayırlar.

***

19.48

Goranboy rayonunda itkin düşən 11 yaşlı oğlanın meyiti tapılıb.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Fərid Təhməzovun cəsədi Goran qəsəbəsində qamışlıq ərazisinə tapılıb.

İlkin ehtimala görə, 11 yaşlı oğlan qətlə yetirilib.

Hələ ki, hadisənin kim və ya kimlər tərəfindən törədildiyi məlum deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər