Azərbaycan yığmasının həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib

Azərbaycan yığmasının həkimi təyyarədə halı pisləşən sərnişini xilas edib
Hadisə 100

Bakı-İstanbul aviareysində azərbaycanlı sərnişinin səhhəti pisləşib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün Bakı vaxtı ilə 11:45-də Bakıdan İstanbula uçan Türk Hava Yollarının təyyarəsində baş verib.

Belə ki, təyyarə havaya qalxdıqdan 2 saat sonra sərnişin özünü narahat hiss edib.

Sərnişin həkimlərə bildirib ki, sinəsində ağrılar var və getdikcə həmin ağrılar şiddətlənib.

Təyyarə heyəti ilkin müayinədən keçirsə də sərnişinin səhhətini yaxşılaşdırmaq üçün dərman preparatı tapılmayıb.

Həmin təyyarədə Maltaya yarışa gedən qızlardan ibarət Azərbaycan futbol yığması da uçduğu üçün halı pisləşən sərnişinin köməyinə komandanın həkimi çatıb.

Belə ki, həkim sərnişini ehtiyat tibb çantasından lazım olan dərmanla təmin edib və daha sonra xəstənin halı normallaşıb.

Həkim xəstəyə təcili ürəyinin kordioqramma etməsini tələb edib və təyyarə İstanbulda endikdən sonra klinikaların birində həkim nəzarətinə alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər