Azərbaycan-İran sərhədində əməliyyat - Keçmiş məhkum saxlanıldı - FOTO

Azərbaycan-İran sərhədində əməliyyat - Keçmiş məhkum saxlanıldı - FOTO
Foto
Hadisə 245

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ya­xın­lığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tə­rə­fin­dən 1 nəfər naməlum şəxsin Azərbaycandan İran İslam Respublikası istiqa­mətində döv­lət sərhədini pozması müşahidə olunub­ və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cusu saxlanılıb.

DSX-dan BAKU.WS-ə verilən məlumata görə, ilkin araşdırma zamanı saxlanılan şəxsin Cəlilabad rayon sakini 1973-cü il təvəllüdlü İbrahimov Zahid Eldar olduğu məlum olub.

Araşdırma zamanı Z.İbrahimovun 2018-ci ildə oğurluğa görə məhkum olunması və 2019-cu ilin iyun ayında vaxtından əvvəl şərti azadlığa buraxılması müəyyən edilib.

Bundan başqa, Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xid­məti sahəsində Azərbaycandan Rusiya Federasıyası istiqa­mətində dövlət sərhədinin pozulması aşkar olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­ıb. Görülən tədbirlər nəticəsində Qusar rayonunun Samur çay yatağında Əlcəzair Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Lahlah Djamal sərhəd pozucusu qismində sax­lanılıb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Son xəbərlər