Azadlıq meydanındakı dayanacaqdan oğurluq edən həbs olundu
03
dek
2018
13:30
Bakıda Azadlıq Meydanının altında yerləşən yeraltı dayanacaqdan bahalı velosipedlər oğurlayan şəxs saxlanılıb.“Qafqazinfo”nun verdiyi xəbərə görə, oktyabrın 6-da saat 20 radələrində Neftçilər prospektində yerləşən yeraltı dayanacağa qanunsuz daxil olaraq orada saxlanmış Natiq Məmmədova məxsus 920 manat dəyəri olan “Format” markalı velosiped və Ceyhun Məmmədova məxsus 1700 manat dəyəri olan “Foks” markalı velosiped oğurlanıb.Səbail RPİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinın 1986-cı il təvəllüdlü, Bakı şəhər sakini Elmir Mirzəyev saxlanılıb. Onun cinayəti Fərid adlı tanışı ilə birgə törətdiyi məlum olub. Həmin şəxs axtarışa verilib.Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.1-ci (oğurluq; bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2-ci (oğurluq; təkrar törədildikdə) və 177.2.3-cü (oğurluq; saxlanc yerinə qanunsuz daxil olduqda) maddələri ilə cinayət işi açılıb. Cinayət işi Səbail RPİ-nin baş müstəntiqi, polis mayoru Hənifə Bayramzadənin icraatına verilib. İstintaq zamanı məlum olub ki, E.Mirzəyev həm də oktyabrın 8-i saat 15 radələrində “Tarqovı”da yerləşən “012 Playstation” oyun klubundan Ramil İskəndərova məxsus 236 manat dəyərində notbuk oğurlayıb. Baş müstəntiq H.Bayramzadənin vəsatəti əsasında prokurorluğun verdiyi təqdimat ilə E.Mirzəyev barəsində Səbail Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib.BAKU.WS
Oxşar xəbərlər
ATV-nin jurnalistinin maşını qarət olundu
Yasamal rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbu...