“Pulu özüm üçün xərclədim” - Oğurluq edən qadın DANIŞDI - VİDEO
29
yan
2018
15:21
Bakıda gənc qadın oğurluq edib.ARB TV xəbər verir ki, Bakı şəhər sakini Əliağa Kərimov Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Nərimanov rayon sakini, əvvəllər məhkum olunmuş Fəridə Miriyeva saxlanılıb. Saxlanılan şəxsin üzərindən oğurladığı pulun bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. Miriyeva bildirib ki, oğurluğa daxil olduğu evin qonşuluğunda tanışı yaşayır və dəfələrlə orada qonaq olub. Gecə saatlarında isə o, oğurluq məqsədi ilə həmin mənzilə daxil olub: Fəridə Miriyeva – Saxlanılan şəxs: “Girdim qapı açıq idi. Yatmışdılar. Getdim götürdüm. Pulu da özüm üçün xərclədim. 1600 dollar və 300 manat idi”. Faktla bağlı araşdırma aparılır. BAKU.WS
Oxşar xəbərlər
"76 min pul var idi, xərclədim" - Qadının evindən seyf oğurladılar - VİDEO
Bakıda içində 35000 manat və 18800 dollar olan seyfi oğurlayan şəxs tutulub.ARB TV xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarını...