“Dedi ki, qonşumda qızıl da var, pul da” – Bakıda oğru dəstə saxlanıldı – VİDEO
01
dek
2017
15:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib.ARB TV xəbər verir ki, bu barədə ev sahibi olan qadın Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Bölməsinə (PB) məlumat verib.Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladığını bildirib.həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Adil Həsənov, onun qohumu Həmidağa Rəhimov və Akif Hüseynov saxlanılıblar.Araşdırma zamanı məlum olub ki, dəstə üzlərinə qeyd edilən mənzildən oğurluq etmək təklifi zərərçəkən qadının qonşusu H.Rəhimov tərəfindən verilib.Adil Həsənov – Saxlanılan şəxs: “Dedi ki, mənim qonşumda qızıl da var, pul da. 3 nəfər ilə plan qurduq. Ev sahibi gəldi götürə bilmədik. Növbəti gün özüm içəri girib pulu götürdüm”.Qeyd edilən faktlarla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda ər və arvadın əl-qolunu bağlayıb mənzili yaran şəxslər saxlanıldılar - (FOTO)
Bakıda evə basqın edən maskalı şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məluma...