Bakıda dayısının evini sevgilisinə oğurlatdıran qızın görüntüləri yayıldı (VİDEO)
Paytaxtda daha bir oğurluq faktının üstü açılıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi (RPİ) və 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Lalə İspəndiyarovanın yaşadığı mənzildən 12500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar. Bu barədə APA TV məlumat yayıb.
Evdə qızılın olduğunu Əliyə Nərmin deyib. Dayısının həyat yoldaşının Sabirabada gedəcəyi xəbərini də sevgilisinə Nərmin çatdırıb.
Zərərçəkən Lalə İspəndiyarova evindən nələrin oğurlandığını açıqlayıb: "Gündəlik istifadə etdiyim qızıllar qalmışdı yerində. Pula dəyməmişdilər, ancaq gizlətdiyim bahalı qızıllar oğurlamışdılar".
Zərərçəkən şəxs oğurluq hadisəsi barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə məlumat verəndən sonra ərazi üzrə Nərimanov RPİ və 18-ci PB əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib. Ev sahiblərinin izahatı alınıb, əl-barmaq izləri götürülüb. Hadisə yerinə baxış zamanı məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil ola biliblər.
Qeyd edək ki, hadisənin baş verdiyi mənzil cinayəti törətməkdə şübhəli bilən Nərmin Mustafayevanın dünyasını dəyişən dayısına məxsus olub. O, ifadəsi zamanı qohumlarının evdə olmamasından istifadə edərək, planlaşdırdığı oğurluq hadisəsini tanışı Əli Nəbiyevlə birlikdə həyata keçirdiklərini etiraf edib: "Şüşəni Əli qırdı, girdik içəri. 3000 manata yaxın pul əldə etdik. Özümüzə pal-paltar, telefonlar aldıq".
Əli Nəbiyev də Nərmin Mustafayevanın dediklərini təsdiqləyib: "Nərminlə bir ilə yaxındır görüşürük. Dedi dayımgildə qızıl var. Qızılları "Laçın"da və digər lombardlarda satdıq, xərclədik".
Faktla bağlı cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Park Bulvarda oğurluq: geyim oğurlayan qız tutuldu
Park Bulvarda oğurluq olub. BAKU.WS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Səbail rayonu ərazisində yerləşən "Park Bulvar" t...