Avropanın 11 ölkəsində havanın temperaturu 40 dərəcəni ötüb
04
avq
2017
23:03
Avropanın 11 ölkəsində havanın temperaturu müsbət 40 dərəcəni ötüb, bəzi regionlarda havanın hərarəti 47 dərəcəyədək yüksəlib.
APA-nın xəbərinə görə, bu barədə "The Guardian” qəzeti yazıb.
Məlumata əsasən, meteoroloqlar yaxın günlərdə isti havaların davam edəcəyini proqnozlaşdırır. Anomal istilər İtaliya, İsveçrə, Macarıstan, Polşa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya və Serbiyada gözlənilir.
Qeyd edək ki, Avropada son temperatur rekordu 1977-ci ildə qeydə alınıb. O zaman Yunanıstanın paytaxtı Afinada havanın hərarəti müsbət 48 dərəcə təşkil edib.
BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdən dəhşətli istilərlə bağlı açıqlama: temperatur iqlim normasından 3 dərəcə yüksəkdir
Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu iqlim normasından 3 dərəcəyədək yüksəkdir. BAKU.WS-in məlumatına görə, Bunu Trend-ə...