Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Şou-biznes 1600

 

Bakıda sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirlyindən bildirilib.

Abşeron yarımadaslnda havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. 

BAKU.WS

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabah, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman...

1273 Şou-biznes 13:15 11 yanvar 2017

Son xəbərlər