Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Şou-biznes 1395

Sabah Azərbaycanda havanın temperaturu 20 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, martın 23-də Bakıda və Abşeron yarmadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 12-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Bu gün Bakıda əsl bahar havası olacaq

Bu gün Bakıda əsl bahar havası olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sə...

851 Şou-biznes 09:12 05 fevral 2016

Son xəbərlər