ATV-nin keçmiş prezidentindən SƏRT AÇIQLAMA
28
sen
2017
15:42
Xəbər verdiyimiz kimi, ATV telekanalının prezidenti Vüqar Qaradağlı vəzifəsindən uzaqlaşdırılıb. Onunla bərabər kanalın bir neçə yüksək vəzifəli şəxsi işdən azad edilib. Sözügedən hadisə ölkənin əsas gündəmini zəbt edib və sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. Telekanalın keçmiş prezidenti olan Vüqar Qaradağlının əleyhinə müzakirələr açılıb.BAKU.WS xəbər verir ki, yayılan xəbərlə bağlı Bizimyol.info saytı ATV telekanalının keçmiş prezidenti Vüqar Qaradağlı ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında bir qədər sərt danışıb.“Nə istəyirsiz, əl çəkin məndən. Mənim heç kimə pisliyim keçməyib. Kim nə yazır, nə danışır özü bilsin, Allahı bilsin. Məni narahat etməyin. Vəzifədən gedənin arxasınca danışarlar.”Müxbirimizin işdən Turan İbrahimova və onun verilişinə görə uzaqlaşdırılmısız sualına Vüqar Qaradağlı belə cavab verib.“Mən ömürlük vəzifəmdə qalan deyildim ki, mən ATV kanalına gedəndə orda nə stat var idi, nə department. Bu istiqamətdə və telekanalın proqramlarının müsbət istiqamətə dəyişməsinə çalışdım.Kanalın texniki bazasını düzəltdim, ən müasir texnikalar alınıb. İşləmişəm, indi də təsisçilərin qərarı ilə işdən çıxmışam. Burda başqa heç nə axtarmaq lazım deyil. Mən ömür boyu harda işləmişəm, dövlətimə ləyaqətlə xidmət etmişəm”.BAKU.WS
Oxşar xəbərlər
ATV-nin yeni rəhbərindən qərar: "Bozbash Pictures" və "Bacanaqlar"ın yayımı dayandırıldı
ATV telekanalında islahatlar davam edir.BAKU.WS AzVision.az-a istinadən xəbər verir ki, ATV-nin yeni rəhbərinin qərarı ilə telekanalda yayımlanan "Bozbash Pictu...