Ağstafada canavar qadına hücum edib
25
iyl
2017
18:52
Ağstafada canavar qadına hücum edərək ona xəsarət yetirib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Korxəlfəli kəndində baş verib.
Gündüz saatlarında kənddə girən canavar həyətlərin birində qoyunu parçalamaq istəyib.
Bunu görən ev sahibəsi, 1968-ci il təvəllüdlü Alıyeva Aidə Abbas qızı canavarı qovmaq istəyib. Bu zaman canavar qadına hücum edərək onun baş və bədən nahiyələrinə xəsarət yetirib.
A. Alıyeva dərhal Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
BAKU.WS
Oxşar xəbərlər
61 yaşlı kişi canavarı boğub öldürdü – VİDEO
Canavar Salyan sakininə hücum çəkib. Müxtəlif dərəcəli xəsarətlər alan kənd sakini canavarı boğaraq öldürüb. BAKU.WS Xezerxeber.az-a istinadən məlumat verir ki...