AST Telmanın məşhur otelinin işçiləri tətil edir
Türkiyədə Azərbaycan əsilli iş adamı Telman İsmayılovun tikintisinə 1,4 milyard dollar xərclədiyi, açılışına Hollivud ulduzlarını dəvət etdiyi "Mardan Palace” otelinin 160 işçisi 4 gündür ki, tətilə başlayıb.
Türkiyə mətbuatının verdiyi məlumata görə, buna səbəb otelin 800 işçisindən 160 nəfərinin may ayından indiyə qədər maaş ala bilməməsidir. İşi dayandıran işçilərə baş çəkən Turizm İşçiləri Dərnəyinin baş direktoru Mustafa Yahyaoğlu otelin turistlərlə dolu olmasına baxmayaraq, işçilərin maaşlarının ödənmədiyini bildirib.
Qeyd edək ki, "Mardan Palace” oteli borc səbəbindən "XalqBank"a satılıb. Satış müqaviləsinin ləğvilə bağlı məhkəmə prosesi davam edir.(APA)
BAKU.WS
Oxşar xəbərlər
Telman İsmayılovun milyardlıq mülkü uğrunda "müharibə"
Borclar səbəbindən icra yolu ilə "Halk Bank"a satılan "Mardan Palace" otelinin kasasiya məhkəməsi 5-ci dəfə təxirə salınıb. ANS PRESS-in məlumatına görə, Antaly...