Asif Ələkbərov və iki qadın "Silk Way"in biznes-jetində qəzaya düşdü - TƏFƏRRÜAT
27
fev
2019
08:49
Azərbaycana məxsus təyyarənin Rusiya aeroportunda zolaqdan kənara çıxması ilə bağlı qonşu ölkədə cinayət işi açılıb.Rusiya mətbuatının verdiyi xəbərə görə, bunu ölkənin Moskva Regionlararası İstintaq İdarəsinin nəqliyyat üzrə baş köməkçisi Larisa Markovets bildirib.Onun sözlərinə görə, qəza baş verməsinə təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu ehtimal edilir.“İstintaq qrupu hadisə yerinə gedib, hadisənin səbəbləri araşdırılır. İstintaqın gedişində təyyarənin texniki vəziyyəti diqqətlə yoxlanılacaq, ekipajın və yer xidmətlərinin hərəkətlərinə qiymət veriləcək”, – deyə o əlavə edib.Virtualaz.org Rusiyanın REN TV telekanalına istinadən bildirir ki, təyyarədə iki pilot və 3 sərnişin-Rusiya vətəndaşı Aria Axmadova, Belarus vətəndaşı Valentina Davıdovskaya və Azərbaycan vətəndaşı Asif Ələkbərov olublar.Asif Ələkbərovun kimliyi ilə bağlı əlavə açıqlama verilməyib.BAKU.WS
Oxşar xəbərlər
Rusiyada DƏHŞƏT: Sərnişin təyyarəsini ələ keçirdi və Əfqanıstana uçmağı tələb etdi - FOTO (YENİLƏNİB)
Rusiyada sərnişinin ələ keçirməyə cəhd etdiyi təyyarə Xantı-Mansiysk şəhərinin hava limanında eniş edib.BAKU.WS yerli mətbuata istinadən xəbər verir ki, Rusiya...