Arvadını öldürən Fuad Paşayev həbsxanada ÖLÜ TAPILDI

Arvadını öldürən Fuad Paşayev həbsxanada ÖLÜ TAPILDI
Hadisə 1701
Bu ilin aprelində ABŞ-ın Viskonsin ştatında həyat yoldaşı, 23 yaşlı ukraynalı Tatyana Qujvanı qətlə yetirən Azərbaycan vətəndaşı Fuad Paşayev özünü öldürüb.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 31 yaşlı Paşayev mayın 6-da axşam saat 23:00 radələrində saxlanıldığı təcridxanada nəzarətçilər tərəfindən ölü tapılıb. Viskonsin-Dels şəhərinin polis departamentinin məlumatına görə, F. Paşayev kamerada tək saxlanılıb. Onun intihar etdiyi bildirilir. Xatırladaq ki, T. Qujvanın meyiti aprelin 4-ü axşam saatlarında Vaşinqton bulvarında yerləşən evdə tapılıb. Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. Belə ki, o zaman da zərərçəkmiş Tatyana olub.Qeyd olunur ki, T. Qujva hələ yanvarın 3-də polisə müraciət edərək Paşayevin onu öldürəcəyindən qorxduğunu deyib. O bildirib ki, birlikdə yaşadıqları üç il ərzində Paşayev alkoqollu içkilər qəbul edib və dəfələrlə onu döyüb.Cütlüyün iki yaşlı qızı var.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanlı əri tərəfindən vəhşicəsinə öldürülən qadının FOTOLARI yayıldı

Azərbaycanlı əri tərəfindən vəhşicəsinə öldürülən qadının FOTOLARI yayıldı

ABŞ-da azərbaycanlı əri tərəfindən qətlə yetirilən ukraynalı qadının görüntüləri yayılıb.ABŞ-ın Viskonsin ştatında 31 yaşlı Fuad Paşayev 23 yaşlı ukraynalı Taty...

3722 Hadisə 10:58 09 aprel 2019

Son xəbərlər