Bir ay əvvəl arvadını öldürən kişinin cəsədi tapıldı

25
yan
2019
12:39
İsmayıllı rayonunda 65 yaşlı arvadını əvvəlcə balta ilə başından vurub sonra isə iplə boğaraq öldürən kişinin meyiti tapılıb.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən bir ay əvvəl rayonun Gəraybəyli kəndində yaşayan 1954-cü il təvəllüdlü Əzizə Axundova Gülməmməd qızının meyiti evindən tapılmışdı. İstintaq zamanı məlum olmuşdu ki, onu əri, 1944-cü il təvəllüdlü Axundov Hacıalı Qasım oğlu öldürüb. H.Axundov qətli törətdikdən sonra evdən gedib və istintaqdan yayınmışdı. Dünən isə kişinin meyiti rayonda yerləşən Aşıqbayramlı gölündə tapılıb. İlkin məlumata görə, H.Axundov intihar məqsədi ilə özünü gölə ataraq öldürüb. H.Axundov qətli törətdikdən sonra məktub yazaraq evdə stolun üstünə qoyub və orada qeyd edib: “Mən bunu 30-40 il əvvəl etməli idim, ancaq uşaqlarım körpə olduğundan etmədim. İndi isə uşaqları bir yanlıq etmişəm, buna məcburam, etməliyəm”.BAKU.WS
Oxşar xəbərlər
65 yaşlı qadını kəndirlə boğdular, sonra... - İsmayıllıdakı cinayətin ŞOK TƏFƏRRÜATI - VİDEO
İsmayllıda bir evin həyətində samanlığın altında qadın meyiti tapılıb. İlkin ehtimala görə, qadını həyat yoldaşı öldürüb. Polis əməkdaşları evdən qadının ölümü...
