65 yaşlı qadını kəndirlə boğdular, sonra... - İsmayıllıdakı cinayətin ŞOK TƏFƏRRÜATI - VİDEO

23
dek
2018
09:26
İsmayllıda bir evin həyətində samanlığın altında qadın meyiti tapılıb. İlkin ehtimala görə, qadını həyat yoldaşı öldürüb. Polis əməkdaşları evdən qadının ölümü ilə bağlı yazılı vərəq tapdığını bildirib. Qətldə şübhəli bilinən kişinin yeri isə hələ ki müəyyənləşdirilməyib.Qadının meyiti evin həyətində samanlığın altında tapılıb.Hadisə İsmayıllı rayonunda Gəraybəyli kəndində olub. Bakıda yaşayan 74 yaşlı Hacalı Axundov və həyat yoldaşı ƏzizəAxundova bir müddət əvvəl kənddəki evlərinə gəliblər. Onlardan xəbər ala bilməyən oğulları Asif Axundov narahat olub və kəndə gəlib. Həyətdə qan izləri görüb və samanlığın altından anası Əzizə Axundovanın meyitini tapıb. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.Hüquq mühafizə orqanları həyətə baxış keçiriblər. İlkin ehtimala görə, qadın həyat yoldaşı tərəfindən öldürülüb. Ancaq qonşuları cinayətin Hacalı Axundov tərəfindən törədildiyinə inanmırlar.Polis əməkdaşlarının evdən qadının ölümü ilə bağlı məktub tapdıqları bildirilir. Qətldə şübhəli bilinən Hacalı Axundov isə hələ ki tapılmayıb. Hadisənin təfərrüatları araşdırılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT: Qadını boğub öldürdülər
Bakı sakini olan 65 yaşlı qadın İsmayıllıda qətlə yetirilib.BAKU.WS “report”a istinadən xəbər verir ki, rayonun Gərabəyli kəndində Bakı şəhər sakini, 1953-cü il...
