Metroda relslərin üzərinə yıxılan oğlan danışdı

Metroda relslərin üzərinə yıxılan oğlan danışdı
Hadisə 2703
Bakıda intihara cəhd etdiyi deyilən şəxs relslərin üstünə intihar məqsədilə yıxılmadığını deyib.Bu barədə BAKU.WS-ə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib: "Bu xəbərdə adı çəkilən Elvin Zülfüqarov əslində özünü relslərin üstünə atmadığını, Bakıda intihara cəhd etdiyi deyilən şəxs relslərin üstünə intihar məqsədilə yıxılmadığını deyib. başının fırlandığını və yıxıldığını bildirib. Polisə izahatında da eyni ifadələrə yer verib. Adı çəkilən şəxs müraciət edərək xəbərin yanlış olduğunu və ailəsində, tanışlarında narahatlıq yaratdığını bildirib".Qeyd edək ki, gündüz saatlarında metronun "Gənclik" stansiyasında bir nəfər özünü qatar relslərinin üzərinə atıb.Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə iki dost arasında münaqişə zəminində baş verib. Belə ki, Zülfüqarov Elvin Əli oğlu dostu ilə metronun "Gənclik" stansiyasında mübahisə edib və özünü relslərin üzərinə atıb. Stansiya əməkdaşları və polislərin köməyi ilə həmin şəxs dərhal relslərin üzərindən çıxarılıb. Hadisə baş verən zaman tunelə yaxınlaşan qatar olmayıb.BAKU.WS

Son xəbərlər