Rüşvətxor universitet müəlliminin məhkəməsi başladı
18
mar
2019
16:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Tabil Paşayev və Arifə Hacıyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.BAKU.WS report-a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.Məhkəmənin baxış iclası martın 27-nə təyin edilib.Qeyd edək ki, bu il yanvar ayında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 34, 312-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə axtarışda olan 1951-ci il təvəllüdlü T.Paşayev saxlanılıb.Məlumata görə, T.Paşayev barəsində Nərimanov rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. Məlum olub ki, T.Paşayev Xəzər rayon Qala qəsəbəsində gizlənib və o, tutularaq istintaqa təhvil verilib. Onunla eyni ittiham üzrə təqsirləndirilən A.Hacıyeva isə Bakıda əvvəllər universitet müəllimi olub. Daha əvvəl dələduzluq etdiyi üçün barəsində axtarış qərarı çıxarılıb, sonra polis əməkdaşları tərəfindən saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
İlhamə Quliyevanın oğlunun adı hallanan cinayət işindən YENİ XƏBƏR
Bakı Apellyasiya Məhkəməsində Bakıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Etibar Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şika...