Ağdamda evakuator piyadanı vuraraq öldürüb
09
apr
2025
20:00
Ağdamda evakuator piyadanı vuraraq öldürüb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi rayonun İkinci Dördyol qəsəbəsi ərazisində baş verib.
Hərəkətdə olan evakuator yolu keçən Ağdam rayonu, Güllücə kənd sakini 1978-ci il təvəllüdlü Qurbanov Məhəmmədi vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanıb.
Oxşar xəbərlər
Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ə...