Ağcabədidə bir nəfər kanalda batıb
06
fev
2025
13:21
Ağcabədidə bir nəfər kanalda batıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Oxşar xəbərlər
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı
Gəncə sakini silahdan açılan atəş nəticəsində xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, şəhər sakini Z.Əsgərov ürək nahiyəsindən silahdan açılan at...