Ağ Ciyər Xəstəlikləri İnstitutunda iki nəfər öldü - Araşdırma aparılır - RƏSMİ - YENİLƏNİB

Ağ Ciyər Xəstəlikləri İnstitutunda iki nəfər öldü - Araşdırma aparılır - RƏSMİ - YENİLƏNİB
Hadisə 831

Bu gün Ağ Ciyər Xəstəlikləri İnstitutunda iki ölüm hadisəsi ilə bağlı araşdırmalara başlanacaq.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, hadisə ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunun baş həkimi İman Rzayev dindirilib.

Qeyd edək ki, Lerik rayon sakini 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu və Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev müalicə aldıqları Ağ Ciyər Xəstəlikləri İnstitutunda qanaxmadan dünyasın dəyişib.

Xəstələrin yaxınları ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndiriblər.

***12:51

Bu gün Ağ Ciyər Xəstəlikləri İnstitutunda iki ölüm hadisəsi qeydə alınıb.

BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, Lerik rayon sakini 1978-ci il təvəllüdlü Qafarov Azad Həsənağa oğlu və Binəqədi rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Qəniyev müalicə aldıqları Ağ Ciyər Xəstəlikləri İnstitutunda qanaxmadan dünyasın dəyişib.

Xəstələrin yaxınları ölüm səbəbini həkim səhlənkarlığı ilə əlaqələndiriblər.

Əlavə məlumat veriləcək.

Son xəbərlər