“Baku Medical Plaza”da müalicə alan 69 yaşlı qadın öldü

“Baku Medical Plaza”da müalicə alan 69 yaşlı qadın öldü
Hadisə 547

Bakıda tanınmış özəl xəstəxanalardan birində müalicə alan 69 yaşlı xəstə vəfat edib.BAKU.WS xəbər verir ki, bu barədə Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsinə və rayon prokurorluğuna məlumat daxil olub.

Daxil olan məlumata əsasən 1950-ci il təvəllüdlü Sevil Səfər qızı Zeynalova 13 noyabrda “Baku Medical Plaza”ya gətirilib. Ona ağ ciyər xəstəliyinin kəskinləşməsi diaqnozu qoyulub.

Xəstə müalicə olunmağa başlanılıb. Lakin Sevil Zeynalova 23 dekabr saat 18 radələrində xəstəxanada ölüb.

Hadisə yerinə və meyitə hüquq mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. Meyit müayinə olunması üçün ekspertizaya verilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

Bakı sakini 19 yaşlı qızını axtarır

Bakı sakini 19 yaşlı qızını axtarır

Bakıda kişi 19 yaşlı qızının itkin düşməsi barədə polisə müraciət edib.BAKU.WS xəbər verir ki, Xətai rayon sakini 1969-cu il təvəllüdlü Hüseyn Arif oğlu Nəbiyev...

713 Hadisə 13:30 04 aprel 2019

Son xəbərlər