Bakıda klinikada dünyasını dəyişən əcnəbinin ölüm səbəbi

Bakıda klinikada dünyasını dəyişən əcnəbinin ölüm səbəbi
Hadisə 2160

Bir müddət öncə "Baku Medical Plaza” xəstəxanasında ölümlə nəticələnən əməliyyat haqqında məlumat vermişdik.

Fins.az əməliyyatı həyata keçirən cərrah Özgür Kocamazla əməliyyatın təfərrüatları barədə bəzi məqamları öyrənə bilib.

Türkiyə vətəndaşı Özgür Kocamaz İraq vətəndaşı Malik əl Abbadın əməliyyat olunması üçün ölkəmizdə yerləşən "Baku Medical Plaza”ya gəldiyini bildirdi. Həkim 1990-cı il təvəllüdlü Malikin ürək çatışmamazlığından əziyyət çəkdiyini bildirdi. İraq vətəndaşı 8 dekabrda xəstəxanaya yerləşdirilib. Elə həmin gün də İraq vətəndaşı həkim Özgür Kocamaz tərəfindən əməliyyat olunub. 12 saat çəkən əməliyyatdan sonra xəstə reanimasiyada dünyasını dəyişib.

Qeyd edək ki, əməliyyat "Baku Medical Plaza”nın Rəşid Behbudov küçəsində yerləşən əsas filialında həyata keçirilib.

***10:47

Bakının Xətai rayonunda yerləşən "Baku Medical Plaza" xəstəxanasında ölüm hadisəsi baş verib.

Bu klinikada ürəyindən əməliyyat olunan İraq vətəndaşı 1990-cı il təvəllüdlü Malik əl Abbad əməliyyat masasında dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. ("Report”)

BAKU.WS

Son xəbərlər