Yayılan videosuna görə işdən çıxarılan həkim xəstəxananı məhkəməyə verdi (VİDEO)

Yayılan videosuna görə işdən çıxarılan həkim xəstəxananı məhkəməyə verdi (VİDEO)
Video
Hadisə 2568
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Uşaq ağciyər vərəmi şöbəsinin işdən çıxarılan həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova həmin xəstəxananı məhkəməyə verib."Report"un xəbərinə görə, həkim işə bərpa tələbi ilə məhkəməyə müraciət edib. İddia ərizəsi Nizami Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq. Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundakı toplantının videogörüntüsü yayılıb. Həmin videoda Uşaq ağciyər vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi S.Məmmədova institutun direktoru Həqiqət Qədirovaya etiraz edib. O, “siz burada oturub camaata torba tikməklə məşğulsunuz, mən bu cəfəngiyyata qulaq asan deyiləm” deyərək iclas zalını tərk edir. Daha sonra S.Məmmədova işdən çıxarılıb. Əmrdə qeyd edilib ki, S.Məmmədova əmək funksiyasını pozub, bu səbəbdən onunla əmək müqaviləsinə xitam verilib. Xatırladaq ki, S.Məmmədova 1998-ci ildən Ağciyər Xəstəlikləri İnstitutunda çalışıb. BAKU.WS

Oxşar xəbərlər

Həkim yayılan videoya görə işdən çıxarıldı: Prezidentə müraciət etdi (VİDEO)

Həkim yayılan videoya görə işdən çıxarıldı: Prezidentə müraciət etdi (VİDEO)

Xəbər verdiyimiz kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova i...

32063 Hadisə 09:21 18 yanvar 2018

Son xəbərlər