Süni agciyər hazırlandı

Süni agciyər hazırlandı
Şou-biznes 903
 

Ağciyər insan bədənində ən mühüm orqanlardan biridir. Son illərdə siqaret istifadəsinin artımı ilə birlikdə bir çox ağciyər xəstəliklərində də artım müşahidə edilir. Bu səbəbdən xəstəliklərin qarşısının alınması üçün araşdırmalar həyata keçirilir.

BAKU.WS deyerler.org-a istinadən bildirir ki, Nature Cell Biologiya jurnalında nümayiş olunan araşdırma, Kolumbiya Universitetinin Tibb Mərkəzi tərəfindən həyata keçirilib.

Orqana bənzəyən və onun kimi fəaliyyət göstərən, çoxlu hüceyrə növlərini ehtiva edən və üç ölçülü olan orqanoidlərin insanın​ kök hüceyrələrindən hazırlandığı və ağciyərin bir bütün olaraq bütün xüsusiyyətlərini təqlid etdiyi qeyd olunub.

Elm adamlarının sözügedən orqanoidləri, laboratoriya şəraitində insanlarda rast gəlinən ağciyər xəstəliklərinin modellərini yaratmaq üçün istifadə etdiyi qeyd edilib.

Araşdırmanın tənəffüs yolu xəstəliklərinin daha yaxşı başa düşülməsini təmin etməsinə​ ümid edilir.

BAKU.WS

Oxşar xəbərlər

Bu gecə evdən çölə çıxmayın - XƏBƏRDARLIQ

Bu gecə evdən çölə çıxmayın - XƏBƏRDARLIQ

Son 2 gün ərzində Bakıda və Abşeron yarımadasında havada olan tozun miqdarı sanitar normadan artıqdır. Buna səbəb Ərəbistan səhralarında müşahidə olunan toz bur...

32792 Sosial 14:16 14 mart 2017

Son xəbərlər