İsmayıllıda DƏHŞƏT: Oğlunun öldüyünü zənn edən ata infarkt keçirərək ölüb - VİDEO

İsmayıllıda DƏHŞƏT: Oğlunun öldüyünü zənn edən ata infarkt keçirərək ölüb - VİDEO
Video
Hadisə 1526

İsmayıllı rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, rayon ərazisində baş vermiş ağır yol qəzasında xəsarət alan oğlunun öldüyünü zənn edən Diyalı kənd sakini Rəhman Nuğayev infarkt keçirib. Xəbəri qəfil eşidən və ürək xəstəsi olan R.Nuğayevin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, yol qəzası Muğanlı-İsmayıllı avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 1 nəfər - 1991-ci il təvəllüdlü Diyalı kənd sakini Abışov Ramil Əli oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə zamanı həmçinin daha 3 nəfər - 1978-ci il təvəllüdlü İsmayıllı rayon sakini Süleymanov Ramil Məhəmədağa oğlu, 1982-ci il təvəllüdlü İsmayıllı rayon sakini Süleymanov Mehman Eyvaz oğlu və 1981-ci il təvəllüdlü İsmayıllı rayon sakini İsmayılov İlkin İkram oğlu xəsarət alıblar.

Son xəbərlər