ABŞ və Rusiya ordusunun rəhbərləri Bakıda

ABŞ və Rusiya ordusunun rəhbərləri Bakıda
Hadisə 1655

 

Bu gün ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov Bakıda görüşürlər. 

BAKU.WS-in məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu görüşlə bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, bu, lap İkinci Dünya Müharibəsi illərində ABŞ, SSRİ və Böyük Britaniya liderlərinin Tehrandakı zirvə toplantısına bənzəyir:

"Əlbəttə, iki böyük dövlətin baş qərargah rəislərinin görüş üçün məhz Bakını seçmələri Azərbaycan üçün önəmlidir. Bu, Moskva ilə Vaşinqtonun Bakıya verdikləri dəyəri göstərir. Ancaq məncə, Bakının seçilməsində əlamətdar hadisə ondan ibarətdir ki, generallar Suriyadakı savaşın gedişatını ən yaxın məntəqədə müzakirə etmək istəyiblər. Bu rola İran və İraq yaramır, qalır bircə Azərbaycan. Ankara da görüş yeri kimi seçilə bilərdi, ancaq bu halda amerikalı general Türkiyə-Rusiya ittifaqı ilə üz-üzə qalacaqdı. Azərbaycan isə Suriya mövzusunda neytral ölkədir".

BAKU.WS

Son xəbərlər