Salyanda yol qəzası olub, xəsarət alanlar var

20
sen
2020
14:00
Salyanda xəsarətlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə Salyan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobil yolun kənarında dayanan piyadanı vuraraq xəsarət yetirib. Avtomobil bundan sonra yolun kənarındakı dəmir dirəyə çırpılıb.
Hadisə zamanı BMW-nin sürücüsü də xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Oxşar xəbərlər
Sumqayıtda mikroavtobus dirəyə çırpıldı, ölən var - VİDEO
Bakı - Sumqayıt yolunda mikroavtobus yolun kənarındakı dirəyə çırpılıb. BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. Sumqayı...