Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyanda yol qəzası olub, xəsarət alanlar var
Hadisə 176

Salyanda xəsarətlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə Salyan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobil yolun kənarında dayanan piyadanı vuraraq xəsarət yetirib. Avtomobil bundan sonra yolun kənarındakı dəmir dirəyə çırpılıb.

Hadisə zamanı BMW-nin sürücüsü də xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Son xəbərlər