Eyvanda kabab bişirmək istəyi yanğınla nəticələndi - VİDEO

07
iyn
2020
10:02
Xırdalan şəhərində yanğın hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə “AAAF Park” yaşayış kompleksinin 23-cü küçəsində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, ev yiyəsi mənzilin eyvanında kabab bişirmək üçün manqal qoyub. Ani diqqətsizlik yanğının baş verməsinə səbəb olub.
Yanğın bina sakinlərinin köməkliyi ilə söndürülüb.
Oxşar xəbərlər
"AAAF Park"ın sakinləri illərdir qaz üzünə həsrət qalıblar - VİDEO
Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin sakinləri illərdir qaz üzünə həsrət qalıblar. BAKU.TV-nin “Xəbər” buraxılışında yayımlanan sujetdə...