SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda marketdə işləyən gözətçini öldürən dostlar qətli necə törətdiklərini danışıblar.

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, iyunun 1-də səhər saat 06 radələrində paytaxt sakini Hüseyn Əhmədovun Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi, eləcə də mağazanın seyfindən külli miqdarda pul vəsaitinin oğurlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb.

DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər - Tərtər rayon sakini Fuad Yusifli və Kürdəmir rayon sakini Sadiq Cəlalov saxlanılıblar.

Aparılmış istintaqla məlum olub ki, adları çəkilən şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həmin tarixdə mağazanın anbar qapısından içəri daxil olub orada mühafizəçi işləyən Hüseyn Əhmədova yumruqla zərbələr vurmaqla, habelə əllərini, ayaqların və ağzını yapışqan lentlə bağlamaqla onu öldürüblər. Daha sonra isə mağazanın içərəsindəki dəmir seyfdən 51 min 292 manat məbləğində pulu oradan götürüb talayaraq quldurluq ediblər.

Hər iki şəxs müdafiəçinin iştirakı ilə dindirilərkən törətdikləri cinayəti etiraf edib. Onlardan hadisə zamanı mağazadan əldə etdikləri vəsait, həmçinin, mağazanın mühafizə kameraları üçün quraşdırılmış cihazlar maddi sübut kimi götürülüb.

Fuad Yusifli və Sadiq Cəlalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKU.WS
VİDEO