Sumqayıtda iki yük maşını toqquşdu - Sürücülər öldü - FOTO

Sumqayıtda iki yük maşını toqquşdu - Sürücülər öldü - FOTO
Foto
Hadisə 14614

Sumqayıt şəhərində hər iki sürücünün ölümü ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, mayın 30-u gecə saatlarında Sumqayıt şəhərində “DAF” və “КамАЗ” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КамАЗ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü Aslanov Asəf Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər

Bakıda ağır qəza - 2 nəfər öldü

Bakıda ağır qəza - 2 nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda “Opel” və “VAZ” markalı iki minik a...

1240 Hadisə 09:47 22 aprel 2020

Son xəbərlər