Bərdə rayonunda mikroavtobus qəzaya uğrayıb.

Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb. Hadisə Bərdənin Gərənə kəndi ərazisində qeydə alınıb. Füzuli rayon sakini 1991-ci il təvəllüdlü Orxan Firdovsi oğlu Balakişiyevin idarə etdiyi "VAZ 21 015” markalı avtomobil Bərdə şəhəri istiqamətində hərəkətdə olan "Ford" markalı mikroavtobusla toqquşub. 

Qəza nəticəsində "VAZ 21 015”in sürücüsü və sərnişinlər - Füzuli rayon sakinləri- 1992-ci il təvəllüdlü Tacəddin Rizvan oğlu Rəhimov, 1964-cü il təvəllüdlü Ayazi Rəfi oğlu Məmmədov və 1992-ci il təvəllüdlü Ayaz Ayazi oğlu Qüdrətli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan xəsarət alanların travmatologiya şöbəsinə yerləşdirildiyini, onlardan Orxan Firdovsi oğlu Balakişiyevin vəziyyətinin ağır olduğunu bildirdilər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Qəzaya səbəb kimi isə ilkin ehtimal olaraq "VAZ 21015” markalı avtomobilin mikroavtobusun yoluna çıxması göstərilir.
 
BAKU.WS