ATV-nin əməkdaşları qəzaya düşdü: aparıcı yaralandı

ATV-nin əməkdaşları qəzaya düşdü: aparıcı yaralandı
Hadisə 1645

 

ATV telekanalının əməkdaşlarının olduğu avtomobil Bərdədə qəzaya düşüb.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, avtomobil Qarabağ su kanalının Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində körpü üzərində dönmə əməliyyatını düzgün həyata keçirmədiyi səbəbindən suya düşüb. Nəticədə telekanalın qadın əməkdaşı xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

ATV telekanalından faktı təsdiqləyiblər. Telekanalın Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, qəza nəticəsində sürücü Ceyhun Sultanovun ayağı sınıb. "Ləziz Macəra” verilişinin aparıcı Aysel Nazimqızı isə yüngül xəsarət alıb. Hazırda hər iki şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti normaldır.

"ATV rəhbərliyi dərhal hadisə ilə maraqlanıb, Bərdə rayonu ilə əlaqə saxlanılıb və xəsarət alan əməkdaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün tədbirlər görülür", - Vaqif Aydınoğlu deyib.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda sərnişin avtobusu aşdı (FOTO, VİDEO)

Bakıda sərnişin avtobusu aşdı (FOTO, VİDEO)

Ötən gecə Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. BAKU.WS-in carclub.az saytına istinadən verdiyi məlumata görə, möcüzə nəticəsində qəza zamanı xəsarət alan o...

2040 Sosial 11:25 18 fevral 2016

Son xəbərlər