Azərbaycanda qəzaya düşən ərəb ovçulardan xəbər var
Son vaxtlar ov üçün ölkəmizə tez-tez üz tutan Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları ötən gün qəzaya düşüblər.
İdarə etdikləri "Toyota Prado" markalı avtomobil ilə qəzaya düşən şəxslərdən iki nəfəri dünyasını dəyişib, daha iki nəfər isə İmişli Rayon Xəstəxanasına yerləşdirilib.
BAKU.WS xəbər verir ki, rayon Xəstəxanasından Milli.Az-a verilən məlumata görə, sağ qalan şəxslər qardaşdırlar. Onlardan biri, demək olar ki, heç bir xəsarət almayıb.
"Qəzada sağ qalan şəxslərdən biri, demək olar ki, xəsarət almayıb. Əlkabi Fərhad Əziz adlı həmin şəxs qəza zamanı maşından suya düşüb. O, hepotermiyaya (soyuqdan qıcolma) məruz qalıb. İsti paltar və çay verdikdən sonra tez bir zamanda özünə gəlib.
Onun qardaşı, 26 yaşlı Əlkabi Əbdül Əziz də demək olar ki, ciddi xəsarətlər almayıb. O, boyun, çiyin əzilmələri ilə palataya yatızdırılıb və tez bir zamanda ayağa qalxacaq".
Xəstəxanadan bildirilib ki, qəzada dünyasını dəyişən və sağ qalan şəxslər analizdən keçiriliblər və qanlarında spirtli içki izləri aşkarlanmayıb. Qəzaya səbəb isə ilkin ehtimallara görə, hadisənin baş verdiyi yerin palçıqlı olması və göllənməsidir.
"O ərazidən traktor belə güclə hərəkət edir. Hadisə baş verən yerdə heç bir texnika rahat işləyə bilmir, görünür, yer palçıq olduğundan idarə etdikləri avtomobil sürüşüərək kanala düşüb", - xəstəxanadan bildiriblər.
BAKU.WS
Oxşar xəbərlər
Ərəb şeyxləri İmişlidə ov edərkən öldülər
İmişlidə Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları yol qəzasında ölüb. BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, gecə saatlarında bir qrup ərəb mənşəl...