Maşın vuran müğənninin dəfnindən görüntülər - VİDEO

Bu gecə Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənni dəfn edilib.
BAKU.WS xəbər verir ki, 32 yaşlı Müşərrəf Zeynalova Şamaxıda, anasının məzarının yanında torpağa tapşırılıb.
Azadlıq prospektində 32 yaşlı Müşərrəf Zeynalova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən “Opel” markalı minik avtomobili onu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Rəfiqəsinin sözlərinə görə, Müşərrəf yolu keçərkən telefonla danışırmış. Bu səbəbdən avtomobilin gəldiyindən xəbər tutmayıb və bu kiçik səhvi həyatını əlindən alıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, M.Zeynalova “Banu” adıyla müğənnilik edirdi.
Qalereya
Oxşar xəbərlər
Bakıda “Opel” qadın müğənnini vurub öldürdü - FOTO
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, Azadlıq prospektində 32 yaşlı Müşərrəf Z...
