VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gəncədə gənc qadın bacısı qızı ilə birgə itkin düşüb.

 

BAKU.WS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1986-cı ildə Ukraynanın Dnepropetrovsk vilayətində anadan olmuş Əsmər Əsgərova bu il avqustun 21-də saat 12.00 radələrində bacısı qızı, 2010-cu il təvəllüdlü Aişən Əsgərovanı yaşadığı evdən özü ilə götürərək naməlum istiqamətdə gedib.


Əsmər Əsgərovanın xarakterik əlamətləri belədir: boyu 165 sm, orta bədən ölçülü, saçları və gözləri qəhvəyi rənglidir. Evdən çıxarkən əynində qara  şalvar, narıncı rəngli kofta, başında ağ şal, ayağında qara səndəl olub.


Aişən Əsgərovanın boyu 95 sm, arıq bədən quruluşlu, saçı və gözlərinin rəngi qaradır. Onun qabaq üst dişləri yoxdu. Evdən çıxarkən gözündə eynək, əynində ağ rəngli don və ağ ayaqqabı olub.


İtkin düşmüş Əsmər Əsgərovanı və 5 yaşlı bacısı qızı Aişəni görənlərdən və ya itkin düşən hər iki şəxs barədə məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin, 022-256-07-73, 022-256-52-19, (055) 268-06-11, (050) 327-58-50 nömrəli şəhər və mobil telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

Ziya Səccad
BAKU.WS