SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda dəhşətli qəzanın görüntüləri kameraya düşüb.

BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, qəza paytaxtın Azadlıq prospektində (varovski dairəsi kimi tanınan yolda) baş verib.

Belə ki, qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxan “BMW” markalı avtomobilin sürücüsü yolayrıcına yaşıl işıqda daxil olan “Mercedes” markalı avtomobillə toqquşub.

“BMW” markalı avtomobil yüksək sürətlə hərəkət etdiyi üçün zərbənin təsirindən öncə ayırıcı zolağa dəydi, daha sonra svetoforun qarşısında dayanan “Lexus” markalı avtomobillə toqquşdu. Qəza baş verən zaman yolun hərəkət hissəsini keçən piyadalar da olub. Xoşbəxtlikdən avtomobil həmin piyadaları vurmayıb.

Qeyd edək ki, həmin prospektdə əks istiqamətə çıxan sürücülərin videosu dəfələrlə Avtosfer.az-da dərc edilib. Lakin, təəssüf edirik ki, sürücülərin “tələsirəm” deyib bəhanə etdikləri bu söz onları qəzadan qorumur. Əksinə olaraq onların mənzil başına vaxtında çatmalarına mane olur.

BAKU.WS
VİDEO