Bakıda dəhşət: Əks yola çıxan BMW ağır qəza törətdi - ANBAAN VİDEO

Bakıda dəhşətli qəzanın görüntüləri kameraya düşüb.
BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, qəza paytaxtın Azadlıq prospektində (varovski dairəsi kimi tanınan yolda) baş verib.
Belə ki, qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxan “BMW” markalı avtomobilin sürücüsü yolayrıcına yaşıl işıqda daxil olan “Mercedes” markalı avtomobillə toqquşub.
“BMW” markalı avtomobil yüksək sürətlə hərəkət etdiyi üçün zərbənin təsirindən öncə ayırıcı zolağa dəydi, daha sonra svetoforun qarşısında dayanan “Lexus” markalı avtomobillə toqquşdu. Qəza baş verən zaman yolun hərəkət hissəsini keçən piyadalar da olub. Xoşbəxtlikdən avtomobil həmin piyadaları vurmayıb.
Qeyd edək ki, həmin prospektdə əks istiqamətə çıxan sürücülərin videosu dəfələrlə Avtosfer.az-da dərc edilib. Lakin, təəssüf edirik ki, sürücülərin “tələsirəm” deyib bəhanə etdikləri bu söz onları qəzadan qorumur. Əksinə olaraq onların mənzil başına vaxtında çatmalarına mane olur.
Oxşar xəbərlər
“KONTAKT HOME”da istənilən məhsulu pulsuz almaq üçün – SON ŞANS
“iPhone”un ən son modeli, ultramüasir televizor, xəyallarınızdakı mebel, bütün bunları Kontakt Home-dan əldə edib şeş-qoşa ataraq pulsuz apara bilərsiniz. Bunun...
