Bakıda hündürmərtəbəli binada yanğın olub, uşaq xilas edilib - FOTO

Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Babək prospektində yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində qeydə alınıb.
Binanın 14-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzildə alov mətbəxdə başlayıb. Evdə tək qalan uşaq əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməkliyi ilə xilas edilib. Mətbəxdəki yanan əşyalar dəhlizə çıxarılıb. Alovun qarşısı alınıb.
Baş vermiş hadisə ilə bağlı əraziyə FHN-in 4 texnikası və canlı qüvvəsi cəlb edilib. Azyaşlı isə həkim nəzarətinə götürülüb.
Qonşuların verdiyi məlumata görə, hadisə vaxtı uşağın valideynləri evdə olmayıb.
Qalereya
Oxşar xəbərlər
Gəncədə institut binasında yanğın olub
Gəncə şəhərinin Şah İsmayl Xətai prospektində yanğın hadisəsi qeydə alınıb. BAKU.WS-in bölgə müxbirinin məlumatına əsasən, hadisə həmin ünvanda yerləşən Azərbay...
