8 il sonra açılan cinayət: Qızılları oğurlayan şəxs hazırda həbsxanada imiş...
13
mar
2019
22:15
Astarada 8 il əvvəl baş vermiş cinayətin üstü açılıb.DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri zəruri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il aprel ayının 18-də rayonun Pensər kənd sakini K.İsmayılovaya məxsus yaşayış evindən 2775 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan şəxs müəyyən edilib.Araşdırmalarla oğurluğu törədən şəxsin sonradan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 ( Qəsdən sağlamlığa yüngül zərər vurma), 177.2.2 (Oğurluq, təkrar törədildikdə), 177.2.3 (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 177.2.4 (Oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.2.2 (Quldurluq, təkrar törədildikdə), 181.2.5 (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Lerik rayon sakini Yaşar Şəfiyev olduğu məlum olub.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Cəlilabadlıları qorxuda saxlayan şəxs tutuldu
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisindəki 5 obyektdən oğurluq edən şəxslər saxlanılıb.Bu barə...