SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
 
Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.
 
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır. 
 
BAKU.WS