SİZİN REKLAM BURADA!
055 213 76 73


Qubada vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını mənimsəyən şəxs saxlanılıb. Onun rayonun Zizik kənd sakini, 48 yaşlı Məmməd Mustafayev olduğu məlum olub.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Məmməd Mustafayev rayon sakini olan bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək onun 30.000 min manat pulunu dələduzluq yolu ilə ələ keçirilib.

O, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində saxlanılıb. Adıçəkilən şəxs ilkin dindirmə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.

Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin üstü də açılıb. Belə ki, o, müxtəlif vaxtlarda daha üç rayon sakinini eyni yolla aldadaraq onların ümumilikdə 33.000 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.

Polis əməkdaşları Məmməd Mustafayevin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO