Ağsuda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb - FOTO

16
dek
2019
20:18
Ağsu rayonunda vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayon sakinləri onlara qarşı dələduzluq törədildiyini bildiriblər.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq edən şəxsin Ağsu rayon sakini Əmirov Əmirxan Sədir oğlu olduğu müəyyənləşib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin dirdirmə zamanı Ə.Əmirov etdiyi dələduzluq əməlini etiraf edib.
Faktla bağlı Ağsu RPŞ-də cinayət işi açılıb, istintaq gedir.
Qalereya
Oxşar xəbərlər
Tanınmamaq üçün hicab geyinən qadından 40 minlik cinayət - FOTO
Qubada dələduzluq edən qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Quba rayon Polis...
