Bu gün İsmayıllıda Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu və “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində ölən ata, ana və övladının adları məlum olub.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində “VAZ 2106” markalı minik avtomobilinin sürücü İlham Quliyev, həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva ölüb.

Ailənin digər üzvü Elcan Quliyev isə qəza zamanı xəsarət alıb.

Bu gün İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3 nəfərə çatıb, 15-ə yaxın yaralı var.

Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

Hər iki avtomobil zərbənin təsiri nəticəsində yoldan çıxaraq aşıb. Hadisə zamanı “VAZ 2106”-da olan ana və ata hadisə yerində, bir övladı isə xəstəxanada ölüb.

Qəza zanmanı xəsarət alan şəxslər, Bakı sakinləri -1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər yaralıların təcili tibbi yardım stansiyalarının avtomobilləri ilə ətraf rayonların xəstəxanalarına aparıldığı bildirilir.

BAKU.WS