Yolda qalan şəxsə kömək etmək istəyən sürücünü yük maşını vurub öldürdü - VİDEO

Yolda qalan şəxsə kömək etmək istəyən sürücünü yük maşını vurub öldürdü - VİDEO
Video
Hadisə 1839
İsmayıllıda ağır yol qəzası baş verib. BAKU.WS “ARB Şəki”yə istinadən xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində baş verib. Yolda hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobilinin şini partlayıb və sürücü təkəri dəyişmək üçün yoldan keçən “VAZ 2107”nin sürücüsündən kömək istəyib. Sürücü - Sumqayıt sakini Xalid Mustafayev kömək məqsədilə avtomobildən yerə düşərkən İsmayıllı sakini Aydən Məmmədli idarə etdiyi “Ford” markalı yük avtomobili ilə onu vurub. Xalid Mustafayev ağır kəllə beyin travması diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Fakt Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırılır. BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanın tanınmış sehrbazı yolda faciəvi şəkildə öldü (VİDEO, FOTO)

Azərbaycanın tanınmış sehrbazı yolda faciəvi şəkildə öldü (VİDEO, FOTO)

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alın...

6442 Hadisə 11:46 21 avqust 2017

Son xəbərlər