VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayonunda baş verən ağır qəzanın görüntüləri yayılıb. 

BAKU.WS xəbər verir ki, qəzaya düşərək aşan mikroavtobusun görüntülərini təqdim edirik:

***11:48

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var.

Əraziyə FHN-in xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO